VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yaponiyadakı zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən BAKU.WS-ə bildirib. Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, Osakada baş vermiş 6,1 ballıq zəlzələ nəticəsində 3 nəfər ölüb, 200 nəfər yaralanıb.

BAKU.WS