SİZİN REKLAM BURADA!
055 213 76 73



"Maşın" realiti şounun finalçılarından biri reper Uran realiti şou ilə bağlı ilk və son dəfə danışdı.

Reper BAKU.WS
-ə eksklüziv müsahibəsində "Maşın"da baş verənlər, daxildə gedən oyunlar, satqınlıqlardan danışdı. Eləcə də Aytən Səfərovanın şoudan sonra finalçılar barədə söylədiyi kəskin ifadələrə cavab verdi.

- Aytən Səfərovanı oyundan uzaqlaşdırdıqdan sonra finalçılar barədə söylədiyi kəskin fikirlər böyük müzakirələrə səbəb olmuşdu. Onun belə danışmasına hansısa əsas var idimi?


- Adını çəkdiyiniz xanımın orada apardığı oyun tərzi nə ittifaqa uyğun idi, nə də neytrala. Mən bunu bilyard oyununa bənzədərdim. Məsələn, bilyard masasında bir əsas daş olur və digər daşlar həmin əsas daşın vasitəsilə vurulur. O xanım həmin o, bir daş idi. Daşları dağıdırdı, amma konkret olaraq hansı tərəfə gedəcəyi məlum deyildi. O, söylədiklərinin heç birinə əməl etmirdi.

Maraqlısı budur ki, oyundan əvvəl söz vermişdi ki, dördlüyə qalarsa və əgər səs toplasa belə əlini götürəcək. Çünki sağlamlığı finalda yarışmağa imkan vermirdi. Hər halda bizi belə aldatmışdı. Amma gördüyünüz kimi, bunu etmədi. Bizə demişdi ki, hamiləyəm. Mən onu çıxarandan sonra başqa sözlər dedi. Sən demə fikri tamam başqa imiş. Sonda da yenə bu xanımın dediyi ilə etmək istədikləri üst-üstə düşmədi.

- Gədə-güdələr sözünə cavabınız.
- Bu atıq xanımın özünün jurnalist etikasına və danışarkən nəzakət və alicənablıq müddəalarına riayyət etməməsidir. Ələxüsus da, veriliş boyu hər dəfə xalqa yaxın biri olduğunu bəyan edən bir jurnalist belə danışmamalıydı. Xalqa yaxın adam xalqın qarşısında elə sözlər deməz. Bu bir, ikincisi də söyləməyə əsası olmalıdır ki, mən ona bu əsası verməmişdim. Çünki oyun başlanandan sonunadək oyunun gedişatından asılı olaraq yalnız bir nəfərlə daimi və ya müvəqqəti ittifaqım olub. Bu da Roza xanım idi. Bunu hamı bilirdi və bu sirr deyildi. Oyun müddətində hansısa bir qərar qəbul olunduqda ya o qərarı təsdiqləyirdim, ya da neytral olurdum.

Müsahibənin tam olaraq bu videodan izləyə bilərsiz:

Zülfiyyə Qurbanova
BAKU.WS