SİZİN REKLAM BURADA!
055 213 76 73



Bayram günləri metropoliten xüsusi rejimdə işləyəcək.

"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, 15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

BAKU.WS