» » YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək


13-06-2018 | 14:23

  • 24 491

YENİ QANUN: Xaricdən telefon alan vətəndaşlar 18% vergi ödəyəcək


Ölkəyə mobil telefon gətirənlərə 18 faizi ƏDV şamil olunacaq.

BAKU.WS
xəbər verir ki, xaricdən mobil telefon gətirənlərə, həmçinin xarici Virtual Post Terminallara (VPOS) çıxış olan bütün e-məhsulların və xidmətlərin ödənişlərin hamısı bu yeni ƏDV ilə tənzimlənəcək.

Bununla bağlı ekspert Nicat Manafov sosial şəbəkələrdə maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, xaricdən alınan məhsulun öz qiymətindən əlavə 18 faiz vergi ödəniləcək.


“Bu da o deməkdir ki, Siz xarici onlayn mağazalardan aldığınız məhsula 5 dollar ödəyirsiniz, bundan əlavə Sizin kartınızdan 18 faiz vergi tutulur. Əvvəllər belə bir şey yox idi. Hər satıcı öz ölkəsinə vergi ödəyirdi. Bunun da Azərbayacan təsiri yox idi. İndi isə daxili sahibkarlığı qorumaq üçün yerli istehlakçıya satılan məhsulun qiymətindən əlavə 18 faiz ƏDV tətbiq etmək istəyirlər. Məqsəd yerli sahibkarlığı, yerli e-ticarət mağazalarını qorumaq və vergi yığımlarını artırmaqdır”.


Qeyd edək ki, parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təsdiq olunub. Layihəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq.

Bu qanun dəyişikliyi hansı zərurətdən edilib? Bunun tətbiqindən sonra mobil telefon bazarında nələr dəyişəcək? Suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

Millət vəkili, iqtisadçı ekspert Əli Məsimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu qanun dəyişikliyi fərdi vətəndaşların xaricdən mobil telefonu ucuz almaq imkanlarını məhdudlaşdıracaq.


“Hansısa məhsul, istər mobil telefon, istərsə digər məhsul şəxsi tələbatı ödəmək məqsədilə gətirilirsə, hesab edirəm ki, buna heç bir rüsum tətbiq edilməməlidir. Satmaq məqsədilə gətiriləndə isə rüsum verilir. Mən burada prinsipi deyirəm. Qoy bu qanunu bilavasitə tətbiq edənlər şərh versinlər”, - deyə Əli Məsimli bildirib.

İqtisadçı ekspert Rövşən Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanuna edilən bu dəyişikliyin heç bir iqtisadi açıqlaması yoxdur.


“Söhbət o məhsullardan gedir ki, ölkədə həmin mallar istehsal edilmir. Əgər mobil telefonu ölkədə istehsal olunsaydı, o zaman deyərdik ki, məhsul istehsalını stimullaşdırmaq üçün bu addımı atırlar. Bu şəkildə istehlakçının həddindən artıq vergilə yüklənməsi tərəfdarı deyiləm. Dolayısı ilə tətbiq edilən və ölkədə istehsal olunmayan məhsullara vergi yükünün artırılmasını dəstəkləmirəm. Nəzərə alın ki, bu davamlı şəkildə həyata keçirilir”, - deyə iqtisadçı bildirib.

Rövşən Ağayev deyir ki, bundan sonra mobil bazarında bahalaşma müşahidə olunacaq.

“Bundan əvvəl də eyni kəskin addım atılmışdı. Avtomobil bazarına tətbiq edilən vergilərlə bağlı qanundan sonra maşın bazarında ciddi bahalaşma müşahidə olunmuşdu. İndi də mobil cihaz bazarında qiymətlər artacaq. Çünki məhsulun vergi yükü artırsa, bazarda malın qiyməti bahalaşır”.


Mütəxəssis hesab edir ki, bu addımın atılması ilə mobil bazarında xoşagəlməz halların yaranmasına səbəb olacaq:

“Digər tərəfdən də bazara əvvəllkilərdən aşağı keyfiyyətdə məhsulların axını başlayacaq. Çünki bazarda yaxşı keyfiyyətli telefonların qiyməti bahalaşır. Alıcılıq qabiliyyəti aşağı düşür. Nəticədə bazara ucuz və keyfiyyətsiz məhsullar daxil olur. Hazırda mobil telefonların ölkəyə fərdi qaydada gətirilməsinin sayı həddindən artıq artıb. İnsanlar kütləvi şəkildə sifariş verib, poçt vasitəsilə gətirirlər. Bunun qarşısını almağa çalışırlar. Bu qaydaların tətbiqi ölkəyə qeyri-leqal mobil telefon gətirilməsi halları arta bilər”.

Qeyd edək ki, Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi 2016-ci ildə təklif olunub.

Ziya SƏCCAD
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
"Maşın" şouda İLK - Qalib maşından imtina etdi (VİDEO) Əsas Xəbər / Maşın Şou / Video Anar Məmmədxanovun qızının toyu oldu - VİDEO Anar Məmmədxanovun qızının toyu oldu - VİDEO Şou-biznes Bakıda şortik geyindiyi üçün döyülən qızın intihar XƏBƏRİNƏ RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda şortik geyindiyi üçün döyülən qızın intihar XƏBƏRİNƏ RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Hadisə Roza Zərgərli haqqında bilmədiyimiz 7 FAKT Roza Zərgərli haqqında bilmədiyimiz 7 FAKT Şou-biznes Rozanın imtinası və Hüseynin peşmanlığı – VİDEO Rozanın imtinası və Hüseynin peşmanlığı – VİDEO Maşın Şou Paşinyan Facebookda İlham Əliyev haqqında bu sözləri yazdı Paşinyan Facebookda İlham Əliyev haqqında bu sözləri yazdı Siyasət Fədayə Laçından XƏBƏR VAR Fədayə Laçından XƏBƏR VAR Hadisə Bakıda dəhşət – oğlan sevdiyi qızı küçədə insanların gözü qarşısında öldürdü Bakıda dəhşət – oğlan sevdiyi qızı küçədə insanların gözü qarşısında öldürdü Əsas Xəbər / Kriminal 3 uşaq anası Sevincin 24 yaşlı nişanlısı (FOTO) 3 uşaq anası Sevincin 24 yaşlı nişanlısı (FOTO) Şou-biznes / Video DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib DƏHŞƏT: Azərbaycanlı ər-arvad 4 yaşlı qızlarını pornoya çəkib Hadisə Damla tanınmış müğənninin əri ilə sevgili olub; - Afaq SİRLƏRİ AÇDI (VİDEO) Damla tanınmış müğənninin əri ilə sevgili olub; - Afaq SİRLƏRİ AÇDI (VİDEO) Şou-biznes / Video Səkinənin intihardan öncə nişanlısına göndərdiyi VİDEO ortaya çıxdı Səkinənin intihardan öncə nişanlısına göndərdiyi VİDEO ortaya çıxdı Hadisə / Video Prezident tapşırıq verdi - vəzifəli şəxslər həbs edildi Prezident tapşırıq verdi - vəzifəli şəxslər həbs edildi Əsas Xəbər / Hadisə Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - VIDEO Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - VIDEO Hadisə Bayramda Hacıqabulda dəhşətli anlar – ata 6 yaşlı oğlunun yanında can verdi FOTO Bayramda Hacıqabulda dəhşətli anlar – ata 6 yaşlı oğlunun yanında can verdi FOTO Hadisə Azərbaycanda dəhşətli hadisə — Ata qızını zorladı, doğulan körpəni həyətdə basdırdı Azərbaycanda dəhşətli hadisə — Ata qızını zorladı, doğulan körpəni həyətdə basdırdı Əsas Xəbər / Hadisə Zaurun verilişində biabırçılıq: Zaurun verilişində biabırçılıq: "Deyəsən dalın isti yerdədir" (VİDEO) Şou-biznes / Video Bakı ermənilərin qırıcı təxribatına SƏRT CAVAB VERDİ - FOTO Bakı ermənilərin qırıcı təxribatına SƏRT CAVAB VERDİ - FOTO Siyasət Rasim Balayevdən aktrisaya qalmaqallı sözlər: “Gözəl bədəni var…” Rasim Balayevdən aktrisaya qalmaqallı sözlər: “Gözəl bədəni var…” Şou-biznes 18 yaşlı qızın ölümü ilə bağlı YENİ MƏLUMAT 18 yaşlı qızın ölümü ilə bağlı YENİ MƏLUMAT Hadisə
Son əlavəПоследние публикации
Meyxanaçı Kərim tanınmaz hala düşdü FOTO
22 iyun 2018

Meyxanaçı Kərim tanınmaz hala düşdü FOTO

3 088 Şou-biznes
Azərbaycana gətirilən qida məhsulları sertifikatlaşdırılacaq
22 iyun 2018

Azərbaycana gətirilən qida məhsulları sertifikatlaşdırılacaq

129 Əsas Xəbər / İqtisadiyyat
Bakıda gecə sərxoş piyadanı vurdular (VİDEO)
22 iyun 2018

Bakıda gecə sərxoş piyadanı vurdular (VİDEO)

473 Hadisə / Video
Azərbaycan sərhədində əməliyyat – saxlanılanlar var
22 iyun 2018

Azərbaycan sərhədində əməliyyat – saxlanılanlar var

251 Əsas Xəbər / Hadisə
Manatın bu günə olan məzənnəsi açıqlandı
22 iyun 2018

Manatın bu günə olan məzənnəsi açıqlandı

186 İqtisadiyyat
Azərbaycan neftinin son qiyməti
21 iyun 2018

Azərbaycan neftinin son qiyməti

299 İqtisadiyyat