SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Binəqədi rayonuna yeni təyin edilən icra başçısının təqdimat mərasimi keçirilib.

BAKU.WS
-ə daxil olan məlumata görə, yeni icra başçısı Elxan Şamil oğlu Allahverdiyev Binəqədi rayon İcra Hakimiyyəti işçilərinə təqdim edilib.

Tədbir 15 dəqiqə keçirilib. Təqdimat mərasimində Prezident aparatından və Bakı şəhər İcra Hakimiyyətindən səlahiyyətli şəxslər iştirak ediblər. Tədbirdə Binəqədi rayon İcra Hakimimiyyətinin bütün işçiləri iştirak edib.

Yeni icra başçısı Elxan Allahverdiyev görüləcək işlərdən, qarşıda duran məqsədlərdən danışıb.

Qeyd edək ki, dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Binəqədi rayonuna yeni icra başçısı təyin edilməsilə bağlı Sərəncam imzalayıb. Bu barədə məlumatı “İlham Əliyev Xaləddin İsgəndərovun yerinə Binəqədiyə yeni icra başçısı təyin etdi” adlı xəbərdən ətraflı oxuya bilərsiz.

Yeni təyin edilən icra başçısı Elxan Allahverdiyev 1961-ci ildəndir. O, bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. Bu barədə daha ətraflı “Binəqədinin yeni icra başçısı kimdir?” adlı xəbərdən oxuya bilərsiz.

Cavid Babayev
BAKU.WS