VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Sürücülük vəsiqələri ilə bağlı qanunda dəyişiklik edilməsi layihəsi barədə xəbərləri artıq eşitmisiniz. Hazırda istifadə etdiyimiz vəsiqələrin 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunayə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması) və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilmədiyi barədə əvvəllər yazmışdıq. Bu layihə həmin problemi həll edir".

BAKU.WS-in məlumatına görə, bu sözləri yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) sürücülük vəsiqələrimiz tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək: 

"Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib (məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür)".

Mütəxəssis qeyd edir ki, layihədə başqa maraqlı məqamlar da var. Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır:

"Yeni nümunəli sürücülük vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq".

Abbas
BAKU.WS