» » 19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO


16-05-2018 | 12:33

  • 21 123

19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO


Bu gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülən Aydın Şıxəliyevin 7 mərasimidir.

BAKU.WS
xəbər verir ki, dəhşətli şəkildə qətlə yetirilən Aydın Şıxəliyev "yetimlər atası" kimi tanınırmış. Taksi xidmətilə çörək pulunu qazanan Aydın Şıxəliyev həmişə qohum-qonşunun köməyinə yetən biri olub.

Qonşuları BAKU.WS-ə bildirdilər ki, bu kişi "yetimlər atası" olub. Hamıya bacardığı qədər əl tutub. Kimin evində rəhmətə gedən olanda, o birinci köməyə gedirmiş. Həmin yerə şorqoğalı, çörəyi pulsuz paylayarmış. Heç kimdən pul götürməyib. Bu qədər yaxşı insan olub.

Aydın Şıxəliyevin həyat yoldaşı Firəngiz Şıxəliyeva hadisədən sonra böyük sarsıntı keçirib. O, hələ də həyat yoldaşının öldüyünə inana bilmir.

Qeyd edək ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

Məlum olub ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər.

Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Şamil Bayramov və Rahin Hüseynov üzərlərində olan bıçaqlarla Aydın Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Ziya SƏCCAD
BAKU.WS





Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 089 Əsas Xəbər / Sosial