SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Federasiyası Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın Su-24 qırıcısının Türkiyə F-16-ları tərəfindən vurulması xəbərini şərh edib. 

BAKU.WS-in məlumatına görə, Kadırov bu barədə İnstagram hesabında yazıb. "Bu addım namərdlikdir. Mən şübhə etmirəm ki, Türkiyə hələ uzun müddət etdiyi hərəkətinə görə peşman olacaq. Hər addımda əməkdaşlıqdan, dostluqdan danışanlar belə namərdlik etmirlər”. 
 
Qeyd edək ki, bu gün Rusiyanın Su-24 hərbi təyyarəsi Türkiyənin F-16 qırıcıları tərəfindən vurulub. Hər iki pilot katapult etməyə müvəffəq olub. Onların birinin ölü ələ keçirildiyi deyilir. Digər pilotun taleyi naməlum olaraq qalır. 
 
Azad Əliyev 
BAKU.WS