SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-də başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) BAKU.WS-ə verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub. Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.

BAKU.WS