SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkə ərazisində qısmüddətli toz dumanı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb aprelin 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarmadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

BAKU.WS