» » Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir?


15-04-2018 | 11:17

  • 14 504

Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir?


Bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişən millət vəkili Astan Şahverdiyev kimdir?

BAKU.WS millət vəkili haqqında məlumatı təqdim edir: 

-Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin «İstilik texnikası və istilik qurğuları» kafedrasına assistent vəzifəsinə seçilib.

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin «İstilik və soyuqluq texnikası» kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləyib. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvüdür. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan «Günəş enerjisi» dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır. İngilis və rus dillərini bilir.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatıdır.

Evlidir. 2 övladı var.

AzVision.az
Top XəbərlərЛучшее на сайте
Prezident bu nazirləri işdən çıxarır - sensasion dəyişim Prezident bu nazirləri işdən çıxarır - sensasion dəyişim Əsas Xəbər / Siyasət Azərbaycanın yeni baş naziri məlum oldu Azərbaycanın yeni baş naziri məlum oldu Əsas Xəbər / Siyasət Nazirlər Kabineti istefaya getdi - SİYAHI - Yeni hökumətdə kimlər olacaq… Nazirlər Kabineti istefaya getdi - SİYAHI - Yeni hökumətdə kimlər olacaq… Əsas Xəbər / Siyasət İcra başçısı İcra başçısı "plan"a düşəcək evlərdən danışdı (ÜNVANLAR) Əsas Xəbər / İqtisadiyyat Azərbaycanlı aparıcı efirə alt paltarsız canlı efirə çıxdı (VİDEO) Azərbaycanlı aparıcı efirə alt paltarsız canlı efirə çıxdı (VİDEO) Şou-biznes / Video Prezident Nazirlər Kabinetinin tərkibini təsdiqlədi - Bu nazirlərə vəzifə verilmədi Prezident Nazirlər Kabinetinin tərkibini təsdiqlədi - Bu nazirlərə vəzifə verilmədi Əsas Xəbər / Siyasət Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu – FOTO Şəbnəm Tovuzlunun hamıdan gizli saxladığı biznesmen həyat yoldaşı – Hacı ləqəbli milyonçu – FOTO Şou-biznes Zaur Kamal Şəbnəm Tovuzlunun yalanını ifşa etdi Zaur Kamal Şəbnəm Tovuzlunun yalanını ifşa etdi Şou-biznes Astan Şahverdiyev “Viaqra”dan ölüb (İDDİA) Astan Şahverdiyev “Viaqra”dan ölüb (İDDİA) Əsas Xəbər / Siyasət Aparıcı Tolikin ŞOK VİDEOSU yayıldı Aparıcı Tolikin ŞOK VİDEOSU yayıldı Şou-biznes Prezident Əli Həsənovla bağlı sərəncam verdi Prezident Əli Həsənovla bağlı sərəncam verdi Əsas Xəbər / Siyasət Məşhur azərbaycanlı avtoritetin ad günü belə qeyd olundu - VİDEO Məşhur azərbaycanlı avtoritetin ad günü belə qeyd olundu - VİDEO Kriminal Hacıbala Abutalıbov yola salınaraq yeni vəzifəyə təyin edilir Hacıbala Abutalıbov yola salınaraq yeni vəzifəyə təyin edilir Siyasət Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir? Dünyasını dəyişən deputat Astan Şahverdiyev kimdir? Əsas Xəbər / Hadisə Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi - SƏRƏNCAM Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi - SƏRƏNCAM Əsas Xəbər / Siyasət Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü - TƏFƏRRÜAT Bakıda inanılmaz hadisə: Yasda Allahı və peyğəmbəri söydü, qan töküldü - TƏFƏRRÜAT Kriminal Azərbaycanın ən baha müğənnisinin ŞOK toy qiyməti Azərbaycanın ən baha müğənnisinin ŞOK toy qiyməti Şou-biznes Bakıda gənclər bahalı maşınların üzərinə çıxdı, sürücülərə etiraz etdi (VİDEO) Bakıda gənclər bahalı maşınların üzərinə çıxdı, sürücülərə etiraz etdi (VİDEO) Video / Sosial Bakıda bu yolda hərəkət dəyişdi - 40 manat cərimə (VİDEO) Bakıda bu yolda hərəkət dəyişdi - 40 manat cərimə (VİDEO) Video / Sosial Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu Deputat Astan Şahverdiyevin ölüm səbəbi məlum oldu Hadisə
Son əlavəПоследние публикации
Oqtay Şirəliyev əmr imzaladı
22 апрель 2018

Oqtay Şirəliyev əmr imzaladı

1 445 Siyasət
Serj Sarkisyan istefa şərtlərini açıqlayıb
22 апрель 2018

Serj Sarkisyan istefa şərtlərini açıqlayıb

134 Siyasət
Hökumətdə hansı yerlər boşdur? - Siyahı
22 апрель 2018

Hökumətdə hansı yerlər boşdur? - Siyahı

1 218 Siyasət
Cəbhədə son vəziyyət
22 апрель 2018

Cəbhədə son vəziyyət

24 Qarabağ
İstirahət gününün qoroskopu - (22.04.2018)
22 апрель 2018

İstirahət gününün qoroskopu - (22.04.2018)

762 Həyat tərzi
Səlim Müslümov vəzifəsindən azad olundu - Prezident yeni nazir təyin etdi
21 апрель 2018

Səlim Müslümov vəzifəsindən azad olundu - Prezident yeni nazir təyin etdi

5 310 Əsas Xəbər / Siyasət
Deputat Rövşən Rzayev Əli Həsənovun yerinə təyin olundu
21 апрель 2018

Deputat Rövşən Rzayev Əli Həsənovun yerinə təyin olundu

3 365 Əsas Xəbər / Siyasət
ASAN xidmətin rəhbəri nazir təyin olundu
21 апрель 2018

ASAN xidmətin rəhbəri nazir təyin olundu

11 681 Əsas Xəbər / Siyasət
Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi
21 апрель 2018

Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edildi

1 921 Əsas Xəbər / Siyasət
Məhkəmə ANS-in iddiasını təmin edib
21 апрель 2018

Məhkəmə ANS-in iddiasını təmin edib

3 462 Hadisə