VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ, İngiltərə və Fransanın iştirakı ilə aparılan hərbi əməliyyat zamanı Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirilib.

BAKU.WS BBC-ə istinadən xəbər verir ki, tərəflər Dəməşqdə Bəşər Əsədin kimyəvi silahlar hazırlanan hədəflərinin nişan alındığını bildirilir. ABŞ prezidenti Donald Tramp televiziya ilə çıxış edərək əməliyyat haqqında məlumat verib. Tramp İngiltərə və Fransaya təşəkkürünü bildirib. Bundan dərhal sonra Dəməşqdə dəhşətli partlayış səsləri eşidilib.

Rusiyanın ABŞ-dakı səfiri Antonov hücumu qəti şəkildə pisləyib. O, hücumun qarşılıqsız qalmayacağını bildirib. İran da öz növbəsində Dəməşqə zərbələri pisləyib. 

BAKU.WS