SİZİN REKLAM BURADA!
055 213 76 73




Novruz el-obamızın qədim tarixindən xəbər verən, milli ruhumuzu özündə əks etdirən ən gözəl el bayramımızdır.

Xonça tutmaq, tonqal qalamaq, yumurta döyüşdürmək və böyükləri ziyarət edib bayramlaşmaq Novruzun adət-ənənələrinə daxildir. 

Bu bayramda həmçinin, kimi qulaq falına çıxır, kimi də qohum-qonşunun qapısına papaq atır. Ev sahibi onu boş qaytarmamalıdır. Atılan şal və ya papaq meyvə, şirniyyat və digər nemətlərlə doldurularaq, sahiblərinə qaytarılır.

Novruz bayramına isə artıq sayılı günlər qalıb. Elə bu minvalla BAKU.WS paytaxt sakinləri arasında növbəti və səs-küyə səbəb olacaq sorğu keçirtdi.

Onlara ünvanladığımız sual isə belədir: "Kimin qapısına papaq atmaq istərdiz?"  

Aldığımız fərqli və maraqlı cavabları hazırladığımız videoreportajda sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS