SİZİN REKLAM BURADA!
055 213 76 73



“Sahibkarlıq fəaliyyati haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinə asasan sahibkarlar qanunvericiliyə əməl etməklə öz malları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.

Bu barədə İqtisadiyyat Nazirliyinin BAKU.WS-in kərə yağının qiyməti ilə bağlı sorğusuna cavabında bildirilir.

Məlum olduğu kimi Azərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumu 3 dəfə azaldılsa da qiymətlər ucuzlaşmayıb.

İqtisadiyya Nazirliyindən verilən məlumata görə, 2005-ci ildə Nazirlər Kabineti “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı” təsdiq edilib. həmin siyahıya daxil olmayan məhsulların, o cümlədən kərə yağı və digər süddən hazırlanmış yağların qiyməti isə bazaar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilə bilər.

“İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacı və zövqünə görə sərbəst seçərək ala bilər. Əlavə olaraq bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən baş verə biləcək əsassız qiymət artımının vaxtında müəyyən edilməsi məqsədilə istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır, qiymət dəyişikliklərinin səbəbləri araşdırılır və pozuntu aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür”, - deyə Nazirlikdən bildirilib.

Həmçinin oxuyun:
 Hökümətin rüsumunu kəskin azaltdığı yağın qiyməti niyə ucuzlaşmır? - ƏSL SƏBƏB BİLİNDİ

BAKU.WS