VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda "Çudo-Peçka” restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib.
 
BAKU.WS-in axar.az-a istinadla verdiyi məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir.
 
Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb.
 
Paytaxtın "Sahil” və "Neftçilər” metrostansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki "Çudo Peçka” rəqabətdə açıq-aşkar uduzmaqdadır.
 
Qeyd edək ki, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan "Çudo Peçka”nın alınması ilə uzun müddətdir bu müəssisələrin işində geriləmə müşahidə olunur. 
 
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Çudo Peçka MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.
 
BAKU.WS