055 213 76 73
Azərbaycanda avtomobillərin pərdə ilə idarə edilməsinə noyabrın 15-də qadağa qoyulacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, standarta uyğun olaraq ayın 15-də maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilməyəcək.
Deyilir ki, noyabrın 15-dən sonra hansısa maşında pərdə aşkarlanarsa ciddi tədbir görüləcək.
Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Ziya Səccad
BAKU.WS