BAKU.WS-in məlumatına görə, hadisə Binəqədi rayonunda, Biləcəri qəsəbəsi ərazisində baş verib. Hadisə şahidləri bildirir ki, yük maşının sürücüsü hündür körpüdən aşağı düşüb.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində yük maşının sürücüsü ağır xəsarət alıb. Yaralı dərhal yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.