SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı metrosunda yaşlı kişi özünü relslərin üstünə atmaq istəyib.

Hadisə bir qədər əvvəl Həzi Aslanov – Dərnəgül üzrə 28 nömrəli metro xəttində baş verib.

Bakı Metropoliteni QSC mətbut xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirib ki, 9:18-də təxminən 50 yaşlı kişi Qara Qarayev stansiyasında özünü relslərin üstünə atmaq istəyib.

Lakin, qatar yaşlı kişini vuraraq platformaya atıb. Təcili Tibbi Yardım gələrək kişiyə ilkin tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Tuncay
BAKU.WS