SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.

BAKU.WS-in APA-ya istinadən xəbərinə görə, ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.

Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

-----------

18:16

Bakıda sərnişin avtobusu aşıb.

APA-nın xəbərinə görə, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS