Yeni ilə hazırlıqlar bayram əhval-ruhiyyəsi ilə yanaşı, həm də qayğılar deməkdir. Bayram süfrəsinin hazırlanması bu qayğıların başında durur. Bir çox Azərbaycan ailələrində bayram süfrəsi xüsusi ritualdır. Hər il süfrəyə qoyulan məhsullar arasında təkrarlanan xörəklər, salatlar, şirniyyatlar, içkilər üstünlük təşkil edir.
Bir azərbaycanlı ailəsinin Yeni il süfrəsində plov, dolma, paytaxt salatı, hinduşka qızartması, balıq daha çox rast gəlinən təamlardır. Artıq öyrəşdiyimiz kimi, bu təamlara lazım olan məhsulların qiymətləri də bayramqabağı dəyişir. Bir çox ölkələrdə bayramqabağı endirimlər olduğu halda, bizdə əksinə, qiymətlərin artımı müşahidə olunur.
BAKU.WS-in əməkdaşı paytaxtın mərkəzində yerləşən “Yaşıl Bazar”da qiymətləri araşdırıb. Ortaya çıxan mənzərə ilə sizi tanış edirik.
Qızıl Balıq 1kq – 20 AZN
Nərə balığı 1kq – 50 AZN
Sudak balığı 1kq - 12 AZN
Astara düyüsü 1 kq – 5 AZN
Şəki düyüsü 1 kq – 3 AZN
Zaqatala, Qəbələ şabalıdı 1kq - 5-8-15 AZN
Sümüksüz (dana) ət 1 kq - 13.50 AZN
Sümüklü (dana) ət 1 kq - 11 AZN
Quzu əti 1kq - 13 AZN
Toyuq ətinin kq-ı (Xaçmaz) - 6 AZN
Üzüm (ağ) 1kq – 6 AZN
Üzüm (qara) 1kq – 4 AZN
Naingi 1kq-ı - 3 AZN
Kişmiş 1 kq-ı 6-8 AZN
Göyərti 6 dənəsi – 1 AZN
Şirələr 1.50-dən – 3 AZN-dək
Alma (Qızıləhmədi) 1kq – 5 AZN
Qoz (Ordubad) 1kq - 25 AZN
Fındıq 1 kq - 22 AZN
Badam 1 kq - 20 AZN
Türk Lokumunun kq-ı 15 AZN
Soğan 1 kq – 0.7 AZN
Kartof 1 kq – 0.6 AZN
Araşdırmamızın nəticəsində məlum olub ki, sakinlərimiz Yeni ildə bayram süfrəsi açmaq üçün minimum 300 manat xərc çəkməlidirlər. Bayramqabağı qiymətlərin artacağını nəzərə alaraq bu məbləğin dəyişəcəyi gözlənilir.
Tuncay
BAKU.WS