VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda güclü yanğın hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, yanğın Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində yerləşən binada qeydə alınıb.

Hadisə şahidlərinin bizimyol.info-ya verdii məlumata görə, binada sakinlər qalıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, canlı qüvvə və təcili yardım maşını cəlb olunub. Həmçinin helikopterlərin havada olduğu deyilir.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

İlkin məlumata görə, hadisə nəticəsində tüstüdən zəhərlənənlər olub. Onların arasında azyaşlılar da var. Onlarla vətəndaşa hadisə yerində ilkin tibbi yardım göstərilib. Bir nəfər azyaşlı xəstəxanaya yerləşdirilib. Yanğın binanın elektrik naqilindəki qısa qapanmadan başlayıb.

Yanğın artıq söndürülüb.

BAKU.WS