SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin HDP partiyası parlament seçkilərində uğur qazanacağı təqdirdə Ermənistanla sərhədi açacağı və bu ölkə ilə iqtisadi, siyasi əlaqələri bərpa edəcəyinə cəhd edəcəyini bəyan edib. 


BAKU.WS məlumat verir ki, bunu Today's Zaman qəzeti noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılacaq HDP-nin seçkiqabağı kampaniyasını şərh edərkən yazıb. Parlament seçkilərində qalib gələcəyi təqdirdə HDP prioritetlərindən biri kimi Ermənistanla əlaqələrin normallaşması məsələsini qoyub. Qeyd edək ki, iyundakı parlament seçkilərində Məclisə milliyətcə erməni olan Qaro Paylan keçib. O, HDP-də vacib fiqur sayılır.
 
Bundan başqa HDP xarici siyasətdə diqqətini Yaxın Şərqdə münaqişəsini yatırmağa yönəldəcəyini də açıqlayıb. HDP Fələstinin mövqeyini dəstəkləyərək İsrailin siyasətini qəbul etmədiyini bəyan edib. Ancaq Ermənistanla diplomotik əlaqələrin bərpası və iqtisadi-siyasi əməkdaşlıq bir nömrəli məsələ kimi qoyulur. 

Azad Əliyev
BAKU.WS