VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: “Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.

Qeyd edək ki, aksiz vergisinin artırılması 2018-ci il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində nəzərdə tutulur.

BAKU.WS