SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda üzərinə Ermənistan bayrağının simvolları olan emblem yapışdırılmış avtomobil görünüb.

BAKU.WS-in məlumatına görə, avtomobil 10 UU 550 dövlət nömrə nişanlı, Mercedes GL markalı avtomobil paytaxtın Üzeyir Hacıbəyov küçəsində görüntülənib.

Həmin avtomobilin fotosu arxadakı avtomobiliun sürücüsü tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

Avtomobilin sahibi Şahin Xanəliyev Trend-ə açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:

“Avtomobili 4-5 il bundan öncə Bakıdakı avtosalondan almışam. Həmin loqo illərdir avtomobilin üzərindədir. Həmin emblemə fikir verməmişəm. Fikir versəydim, elə həmin dəqiqə silərdim. Rəngin uyğun gəlməsi o demək deyil ki, Ermənstan bayrağıdır. Hərə bir cür fikirləşir, yazır, paylaşır. Çexiyada yaşayıram. Bu gün səhər saatlarında ölkəyə gəlmişəm və axşam qayıdacam. Orada Azərbaycanın bayrağını hər zaman qaldırmışam, gəlib öz Vətənimdə Ermənistan bayrağını qaldırmayacam ki?!”.

BAKU.WS