SİZİN REKLAM BURADA!
055 213 76 73



"Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayev “Atabank”a 8701 manat borcu olan şəxsin zamini Bunyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs edib (borclunun özünü tapa bilməyiblər). Qərarı dərc edirəm. Orada göstərilir ki, guya işsiz zamin üzrsüz səbəbdən borcu ödəmir. Halbuki işsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz".

BAKU.WS-in məlumatına görə, bu barədə hüquqşunas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, həbs edilən xanım əslində “Azərbaycan Dəmir Yolları” QSC-də işləyir. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib.

"Əsas həm də odur ki, xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib. Məlum olduğu kimi, məhkəmələr və icra məmurları adətən zaminlərə heç nə göndərmirlər. Borclunun özünü tapa bilməyəndən sonra isə zamindən yapışıblar. Bu gün xanımın vəkili olaraq qərar üzrə apellyasiya şikayəti verəcəyəm.

BAKU.WS