VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir.
 
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan BAKU.WS-ə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib. Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib. 

Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı  vəzifələrə təyin olunub. Hazırda Fond üzrə  278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.
 
BAKU.WS