VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktrisa Mehriban Xanlarovanı SMS səsverməsinə çıxarıblar. O, öncədən şouda qalacağı təqdirdə kimi yarışmadan uzaqlaşdıracağını deməsə də, müğıni Vüqar Muradovla müəyyən mübahisələri düşüb. O, Vüqar Muradovun onu yarışmada görmək istəmədiyini söyləyib və açıq mübarizəyə səsləyib. Eyni zamanda konkret ad çəkməyərək 9 kişi ilə mübarizə apardığını bir daha bəyan edib. Amma yarışmanın sonuna az qalmış Vüqarı oyundan uzaqlaşdıracağını bəyan edib.

52,72 faiz səs toplayan Mehriban Xanlarova Vüqar Muradovu şoudan uzaqlaşdırıb. Beləliklə də bu dəfə maşın Vüqar üçün əldən getdi.

BAKU.WS