VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla bağlı araşdırma yazısı yer alıb. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, oyunla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir.


Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur.

İstifadə edilən şantaj sistemindən “Black Mirror” – “Qara güzgü” filminin “Shut Up and Dance” (Sus və rəqs et) adlı bölümündə istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli gönüntülərin yayımlama təhdidi edən hakerlər qurbanları cinayət törətməyə məcbur ediblər.

“Mavi Balina” oyununda 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Bu oyunu oynayanların arasında sonda intihar əmrini yerinə yetirərək özünü öldürənlər var.

Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın “Novaya” qəzetinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

“Mavi Balina” oyununa görə mart ayında Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla bağlı araşdırılma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də “Mavi Balina” oyunun yaradıcı olduğu ehtimalı var.

Dünyada yüzlərlə gəncin ölümünə səbəb olduğu ehtimal olunan bu oyuna qarşı “Ononimous” da təpki göstərərək kampaniya başladıb.

Mənbənin yazdığına görə, təkcə bu ay ərzində Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum olub. Onlardan biri Evrim Mertinin ailəsi oğullarının son zamanlar bu oyuna aludə olduğunu və intiharında bu oyunun rolu olmasını ehtimal edirlər. Psixopat oyuna qoşulan gəncin məhz bu səbədən intihar etdiyinin sübuta yetirilmıəsi üçün ailə hüquq-mühafizə orqanlarına üz tutub.

Məlumat üçün bildirək ki, artıq bəzi ölkələrdə hüquq-mühafizə orqanları bu oyunla bağlı araşdırmalara başlayıblar. Bu ilin əvvəlində Qırğızıstanda internetdə oynanılan “Mavi Balina” oyununun iki gənci intihara sövq etməsilə bağlı Qırğızıstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb. Nazirlik ailələri oyunla əlaqədar xəbərdar edib.

Bu ilin iyun ayında Gürcüstan Daxili İşlər Nazirliyində Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsinə əsasən istintaqa başlanılıb: “Media vasitələri ilə yayımlanan məlumata görə, son dövrdə qeyd olunan oyun Gürcüstan ərazisində də yayılıb. Yüksək ictimai maraqdan dolayı, qeyd olunan faktla əlaqədar olaraq Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin təşkilati cinayətlərlə mübarizənin baş idarəçiliyinin kibercinayətkarlıqla mübarizə idarəçiliyi Gürcüstan cinayət məcəlləsinin 115-ci maddəsinə əsasən istintaqa başlayıb. Maddə intihara qədər və ya cinayət cəhdinə qədər aparmağı və cinayət məcəlləsinin 285-ci maddəsinin 1-ci hissəsi isə kompüter göstəricilərinin və ya kompüter sisteminin qeyri-qanuni istifadəsini nəzərdə tutur.

Cinayətin aradan qaldırılması məqsədi ilə, DİN internet istifadəçilərini maksimum dərəcədə özlərini qeyd olunan mövzuda məlumatın geniş yayıılmasından qorumağa çağırır. Bu yeniyetmələrdə bir növ, qeyd olunan oyunun populyalaşdırılmasına dəstək ola bilər”, – deyə bəyənatda bildirilir.

BAKU.WS