VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


*9933 kimi tanınan "Salam Taksi" şirkəti *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilməsi iddialarına cavab verib.

"Salam Taksi" şirkətinin icraçı direktoru Anar Ağayevin BAKU.WS-ə verdiyi məlumata görə, şirkətin *2424 taksi şirkəti tərəfindən alınması iddiaları əsassızdır.

"Biz sadəcə olaraq adımızı dəyişib "Aztaksi" qoymuşuq. Sənədlərlə bu adla fəaliyyət göstərəcəyik. *9933 şirkəti iki ildir ki, fəaliyyət göstərir və bu müddətdə rəhbərlikdə kimlər idisə, indi də həmin şəxslər vəzifələrində qalıblar", - deyə Anar Ağayev bildirib.

***11.34

Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Az taksi” adı ilə mesajlar da göndərilir.

Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edərək fəaliyyət göstərir.

Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmayıb.

BAKU.WS