SİZİN REKLAM BURADA!
055 213 76 73



"İrma" qasırğası Florida ştatında 4 nəfərin ölümünə səbəb olub. 

BAKU.WS-in məlumatına görə, Floridadakı dalğaların 5 metrə çatdığı bildirilir. Ştatda insanlara evləri tərk etmək barədə əmr verilib. Evlərində qalanlara isə otaqlarda dayanmaq və pəncərələrə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Qasırğanın Tampa və Sankt-Peterburq kimi qərb şəhərlərində də təsirli olacağı gözlənilir.

Qeyd edildiyi kimi, qasırğanın vurduğu Florida da nüvə obyektləri ehtiyat tədbirləri üçün bağlanıb. Qasırğanın sürəti saatda 130 km / saat sürətə çatıb və güclü yağış yağıb.

Mayamidən təxminən 6 milyon insan öz evlərindən evakuasiya edilmiş və öz imkanları ilə sığınacaq və ya şimalındakı əyalətlərə aparılıb.

BAKU.WS