VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanlı milyarder Araz Ağalarov Rusiya Federasiyasından məhkəmə yolu ilə bir milyard rubl təzminat alıb.
 
BAKU.WS-in məlumatına görə, doqquzuncu Arbitraj Apelyasiya Məhkəməsi Moskva Arbitraj Məhkəməsinin qərarını dəyişikliksiz təsdiq edib. "İnterneşnl Krokus" Qapalı Səhmdar Cəmiyyəti (Crocus Group-a daxildir) "Uzaq Şərqin inkişafı layihəsi çərçivəsində xərclənən vəsaitin az olması" iddiası üzrə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin Uzaq şərq idarəsindən 1,1 milyard rubl alıb. 

Federal hakimiyyətinin sifarişi üzrə tək podratçı kimi çıxış edən "Crocus Group" Uzaq Şərq Federal Universitetini (DVFU) ATES sammitinə bütün lazımlı infrastrukturla tikərək təhvil verib. Mübahisə isə ona görə yaranıb ki, şirkətə dövlət müqaviləsində şərt qoyulmamış əlavə obyektlərin tikilməsi öhdəliyi qoyulub.
 
"Crocus Group" şirkətinin azərbaycanlı prezidenti Araz Ağalarovun sözlərinə görə, şirkət, qayıqların sahilə yanaşması üçün ərazini 1 km-dən çox qranitlə döşəyib. Bununla yanaşı, sahil ətrafına işıq, fəvvarələr, göllər, şəlalələr və körpülər salınıb. Ağalarovun sözlərinə görə, bütün görülən işlərə görə xərclənən pul dövlətdən alınan vəsaitdən çox olub. Ağalarov dövlətdən aldığı puldan əlavə olaraq 3,6 milyard rubl xərcləyib.
 
Nəticədə, şirkət məhkəməyə dövlətin 2 milyard rubl dəyərində itkinin ödənilməsi ilə bağlı iddia verib. Amma məhkəmə inşaat-texniki ekspertizasının keçirilməsindən sonra iddiaçı iddia tələblərini 1,1 milyard rubla qədər azaldıb. Sonda məhkəmə yekun olaraq Araz Ağalarovun şirkətinə 1,1 milyard rubl ödənilməsinə razılıq verib.  
 
BAKU.WS