SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Sevindirici haldır ki, keçmiş idmançımız Ramil Quliyev dünya çempionu oldu".

BAKU.WS-in məlumatına görə, bunu mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
 
"Bu, böyük hadisədir. Hamımız onu təbrik etdik. Finaldan öncə nəticələri araşdırıb proqnoz edəndə Ramilin medal qazanmaq şansı olduğunu gördük. Biz Türkiyə Atletika Federasiyası ilə danışdıq və ortaq qərar verdik ki, Ramil çempion olsa, hər iki ölkənin bayrağını qaldırsın. Stadionda hər dəfə elan olunurdu ki, azərbaycanlı idmançı Ramil Quliyev qaçır. Dünya Atletika Federasiyasının prezidenti də birinci olaraq Azərbaycanı təbrik etdi".
 
Ç.Hüseynzadə 6 il əvvəl Ramil haqda verdiyi müsahibəni də danmayıb: 

"Ramil Quliyevin getməsi ilə bağlı 7 ildir ki, yazışmalar gedir. 6 il əvvəl verdiyim müsahibəni çıxardıb deyirlər ki, belə demisən. Mən dediklərimi inkar etmirəm. 2015-ci il Olimpiadası və Rio Olimpiadasından öncə soruşdular ki, Ramilin nəticəsi olacaq? Dedim, yox. Bakıdan gedəndən sonra onun nəticələri olmayıb. 4 il sonra Bakıdakı nəticələrini verməyə başladı". 

Ç.Hüseynzadənin sözlərinə görə, Ramil Azərbaycanda yeganə idmançı olub ki, heç bir yerdə nəticəsi olmadan cənab prezident ona 19 yaşında ev verib. Ramil "Neftçi"də ən yüksək maaşı alıb. 
 
Tuncay
BAKU.WS