VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur aktyor Bəhram Bağızadə Azərbaycan xalqına xüsusi müracət edib.
 
BAKU.WS-in məlumatına görə, B.Bağırzadə Çempionlar Liqasının play-off məhələsində keçiriləcək "Qarabağ” – "Kopenhagen” oyununda azarkeşlərin yaxından iştirakına çağırış edib:

"Avqustun 15-i, saat 20:00-da Tofiq Bəhramov adına stadionda Ağdam futbol klubu "Qarabağ"la Danimarka futbol klubu "Kopenhagen" arasında oyun baş tutacaq. Bu, çox vacib bir oyundur, çünkiAzərbaycan futbol tarixində  ilk dəfə olaraq bizim komanda Çempionlar Liqasında oynayır!

Mən, Azərbaycan futbolunun alovlu azərkeşi olaraq hamını stadiona gəlməyə və bizim komandanı, ələxsus "Qarabağ" kimi qürurlu adı olan komandanı dəstəkləməyə dəvət edirəm.
 
Gəlin, bizim futbolçulara, bizim "Qarabağ"a dəstək olaq, və onlar üçün bayraqlardan ibarət elə bir parlaq bir şou düzəldək ki, bütün stadion Azərbaycan və "Qarabağ" bayraqları ilə dolu olsun! Bütün azarkeşləri və tamaşaçıları bu vacib oyuna  bayraqlarla birgə gəlməyə dəvət edirəm, axı bu oyun bütün Avropaya translyasiya olunacaq və bütün dünya görəcək ki, Azərbaycan bayrağı necə uca və təntənə ilə dalğalanır.
 
Xüsusən, dünya çempionu titulu qazanmış, Türkiyə bayrağı ilə yanaşı öz Vətəninin bayrağını da götürən həmvətənimiz Ramil Quliyevin möhtəşəm qələbəsindən sonra, bu çox güclü olacaq! Qoy bütün dünya bilsin ki, Azərbaycan bayrağı - qaliblər bayrağıdır!"

BAKU.WS