SİZİN REKLAM BURADA!
055 213 76 73


 
15 Oktyabr 2015-ci il tarixində, Four Seasons Hotelində Huawei və Bakcell şirkətlərinin birgə ərsəyə gətirdiyi "Huawei & Bakcell LTE Kampaniyası”-nın açılışı üçün nəzərdə tutulmuş tədbir keçirildi. 

Şirkətlərin rəhbərləri tədbirə gələn qonaqları salamladılar və kampaniya haqqında ətraflı məlumat verdilər.

Qeyd edək ki, kampaniya çərçivəsində Huawei Ascend Mate7, G7 və ya G620S telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində Bakcell-dən danışıq dəqiqələri kimi əldə edəcək.

Tədbirin əsas hissələrindən biri də universitetə qəbul imtahanında yüksək bal toplamış tələbələrə Huawei smartfonları və Bakcell nömrələri verərək, hər iki şirkət adından onları təbrik etmək idi. 

Huawei və Bakcell şirkətlərinin nümayəndələri tələbələrin belə yüksək bal toplayaraq universitetə daxil olmaqlarını qiymətləndirdiklərini qeyd etdilər və hədiyyələri təqdim edərək, hər birinə uğurlar arzuladılar.

Açılış tədbirində tələbələr və əməkdaşlardan əlavə, tanınmış simalar, bloqqerlər və media nümayəndələri də iştirak edib.