SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Amerikanı fəth edən  azərbaycanlı sirk ustası, qatıldığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq qazanan Üzeyir (Uzeyer) Novruzov Bakıda keçirilən Formula-1 yarışını ailəsi ilə birgə izləyib. 

Hazırda Birləşmiş Ştatlarda yaşayan Üzeyir Novruzov yarış zamanı BAKU.WS-in əməkdaşının suallarını cavablandırıb. O, bir azərbaycanlının ABŞ-a gedərək bu ölkəni necə fəth etdiyinin sirrlərindən danışıb: 

"Qastroldaydım. Heç inanmırdım ki, gedib Amerikaya və orada işləyib, məşhurlaşa, yaşaya bilərəm. Amma bu şoudan (America's Got Talent ) sonra mənim üçün orada yaşamaq daha asanlaşdı. Müxtəlif yerlərdən təkliflər gəldi. Bu şou mənim üçün yaxşı reklam oldu, tanındım. Hələlik ABŞ-da işim yaxşı gedir. Amma bu o demək deyil ki, ömrüm boyu ABŞ-da qalacam. Mən dünya adamıyam, harda yaxşıdır orada da qala bilərəm".

Qeyd edək ki, sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla "Ginnesin rekordlar kitabı"na da düşüb. 

Tuncay
BAKU.WS