VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
2016-cı ilin aprel döyüşlərində şəhid olan və yaralananların ailə üzvlərinin Müdafiə Nazirliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə cənub zonasına 5 günlük səfəri təşkil olunub.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində ailələr Lənkəran, Astara, Lerik və Masallı rayonlarında olacaqlar. Onların həmin rayonların gəzməli-görməli yerləri ilə yaxından tanış olması, tarixi abidələrə ziyarəti nəzərdə tutulub.
 
Bu gün millət vəkili Hadı Rəcəbli, Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani ailələrlə görüşüb və onlara göstərilən xidmətlə yaxından tanış olublar.
 
BAKU.WS