SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunda Türkiyənin də təmsil olunma məsələsinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan media təmsilçilərinin sualını cavablandıran Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir: "Biz eyni dildə danışır, eyni hərəkət edirik".

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə 32 ölkədən 64 media nümayəndəsi bu ölkədə səfərdədir. Azərbaycan media təmsilçilərinin də olduğu səfərdə məqsəd Türkiyədəki qaçqın düşərgələri ilə tanışlıqdır.
 
Murad Səmədov
BAKU.WS