» » Azərbaycanda işdən çıxarılanlara bu qədər müavinət veriləcək – TƏSDİQLƏNDİ


18-06-2017 | 11:11

  • 20290

Azərbaycanda işdən çıxarılanlara bu qədər müavinət veriləcək – TƏSDİQLƏNDİ

 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq edib.
 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:

1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində "Müddətli” sözü "Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.”;

1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”

1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;
1.3.4. 5-ci hissə ləğv edilsin;
1.3.5. 6-cı hissədə "işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, "üçüncü” sözündən sonra ", dördüncü” sözü əlavə edilsin.
Maddə 2. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


29 Июня
28 Июня
Top XəbərlərЛучшее на сайте
Rihanna ərəb milyarderin oğlu ilə villada sevişərkən yaxalandı (FOTO) Rihanna ərəb milyarderin oğlu ilə villada sevişərkən yaxalandı (FOTO) Şou-biznes Bakıda modelin ölümünə səbəb olduğu deyilən həkimdən XƏBƏR VAR (FOTO) Bakıda modelin ölümünə səbəb olduğu deyilən həkimdən XƏBƏR VAR (FOTO) Hadisə Azərbaycanlı Naz küçədə yarıçılpaq gəzdi, təhqir olundu (VİDEO) Azərbaycanlı Naz küçədə yarıçılpaq gəzdi, təhqir olundu (VİDEO) Şou-biznes Bakıda model  estetik əməliyyatından sonra öldü (VİDEO, FOTO) Bakıda model estetik əməliyyatından sonra öldü (VİDEO, FOTO) Əsas Xəbər / Hadisə / Video Bakıda gecə saatlarında qarajda görüşən sevgililər Bakıda gecə saatlarında qarajda görüşən sevgililər "Land Cruiser"də can verdi Hadisə Qarabağdan son görüntülər - Xankəndində gəzinti (VİDEO) Qarabağdan son görüntülər - Xankəndində gəzinti (VİDEO) Əsas Xəbər / Video / Sosial Tarkanın Bakı konsertində bu sözləri sevənlərini ŞOKa saldı (VİDEO) Tarkanın Bakı konsertində bu sözləri sevənlərini ŞOKa saldı (VİDEO) Əsas Xəbər / Şou-biznes Metroda gənclərin öpüşməsi kameraya düşdü (VİDEO) Metroda gənclərin öpüşməsi kameraya düşdü (VİDEO) Əsas Xəbər / Hadisə / Video Bakıda çempion qızın ölüm anı -  VİDEO Bakıda çempion qızın ölüm anı - VİDEO Hadisə / Video Rafet El Romanın azərbaycanlı modellə səmimi görüntüləri yayıldı - FOTO Rafet El Romanın azərbaycanlı modellə səmimi görüntüləri yayıldı - FOTO Şou-biznes Bakıda biabırçı hadisə: Qadını çığırda-çığırda maşına mindirdilər (VİDEO) Bakıda biabırçı hadisə: Qadını çığırda-çığırda maşına mindirdilər (VİDEO) Hadisə / Video Meray Kerri Bakı konsertində çətin anlar yaşadı (VİDEO) Meray Kerri Bakı konsertində çətin anlar yaşadı (VİDEO) Əsas Xəbər / Şou-biznes / Video Emin Ağalarov sevgilisi ilə belə istirahət edir (VİDEO) Emin Ağalarov sevgilisi ilə belə istirahət edir (VİDEO) Həyat tərzi / Video Məşhur aviaşirkətdən biabırçı səhv: Bakıya uçan sərnişinlərə erməni yeməyi təklif edildi (VİDEO) Məşhur aviaşirkətdən biabırçı səhv: Bakıya uçan sərnişinlərə erməni yeməyi təklif edildi (VİDEO) Əsas Xəbər / Video / Sosial "Avropalı Samiraldo" Bakının mərkəzində turistləri coşdurdu (VİDEO) Həyat tərzi / Video Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ŞOK FAKTLAR - VİDEO Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ŞOK FAKTLAR - VİDEO Hadisə / Video "Şort geymək nədir, camaatın anası, bacısı var" - SORĞU Video / Sosial Bakı Lift İdarəsinin baş direktorunun qızı Leyla Əliyeva ilə bir arada Bakı Lift İdarəsinin baş direktorunun qızı Leyla Əliyeva ilə bir arada Həyat tərzi Bakıda 10 min manata görə 3 ay ac qalmaq təklifi - oruc tutmayanlar pərt oldu (VİDEO) Bakıda 10 min manata görə 3 ay ac qalmaq təklifi - oruc tutmayanlar pərt oldu (VİDEO) Video / Sosial Pərvin Abıyeva açıq-saçıq fotosunu paylaşdı: Pərvin Abıyeva açıq-saçıq fotosunu paylaşdı: "Bayıldım" Şou-biznes
Son əlavəПоследние публикации
Çempionu öldürən sürücü tutuldu
29 iyun 2017

Çempionu öldürən sürücü tutuldu

139 Hadisə
Dolların sabaha olan məzənnəsi
29 iyun 2017

Dolların sabaha olan məzənnəsi

91 İqtisadiyyat
Prezident Ramil Usubovun oğluna general rütbəsi verdi
29 iyun 2017

Prezident Ramil Usubovun oğluna general rütbəsi verdi

5758 Əsas Xəbər / Siyasət