SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Nəqliyyat Agentliyi avtobus sürücüsü ilə avtomobil sürücüsü arasındakı mübahisənin görüntülərini yayıb.
 
BAKU.WS xəbər verir ki, təqdim olunan videogörüntüdən də aydın olur ki, BakuBusa məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata ) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir.
 
Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməliində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonara o öz qanunsuz əməlindən çəkinir.

Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir.
 
BAKU.WS