VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətdən yayına bilməyib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, özünə məxsus "VAZ 2107” markalı avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq edən Gəncə şəhər sakini Sərxan Rzayev saxlanılıb.

Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Sərxan Rzayev avtoxuliqanlıq əməllərinə görə bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 20 sutka inzibati həbs cəzası alıb.
 
Saxlanılan şəxs törətdiyi əməldən peşman olmadığını deyib.
 
BAKU.WS