SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda Dövlət Yol Polisi maşınının iştirakı ilə ağır Yol Nəqliyyat hadisəsi baş verib. 
 
BAKU.WS xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Bakı Dəniz Vağzalı yaxınlığında baş verib.
 
Belə ki, qəfil sola manevr edən avtomobil iki DYP maşınının qarşısına çıxıb. Nəticədə DYP maşını toqquşmadan yayına bilməyib. Digər DYP avtomobili isə son anda qəzadan yan keçə bilib.
 
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 
 
Aynur Ələkbərov 
BAKU.WS