VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.
 
BAKU.WS-ə intihar edən xanımın yaxınları müraciət edərək hadisə ilə bağlı məlumat verib. 
 
Məlum olub ki, Susana Şərifova qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Əbülfəs Baxşıyev ilə uzun müddət ailə daxili münaqişələr yaşayıb. Belə ki, Əbülfəsdən əkiz qızı olan Susana çox çətinliklər çəkib və uşaqlarının baxılması ilə bağlı bir neçə instansiyaya iddia ərizəsi göndərib.
 
Hələ 2011-ci ildə Əbülfəslə ailə quran Susanın bu 6 ildə başına gələnlər onu özünü öldürmək səviyyəsinə gətirib çıxarıb. Nərgiz və Nəzrin adlı qızları olan Susana iddia ərizəsində qeyd edib ki, Əbülfəs Nərgizin təhsil almasına mane olmağa çalışıb və davaları buna görə olub. Bununla yanaşı, Susananın anasının rus olması da ailədə söz-söhbətlərin yaranmasına gətirib çıxarıb:

"Əbülfəs narkotik vasitəsindən istifadə etdiyinə görə, dəfələrlə ona müailəcə olunmağını ondan istəmişəm. Amma o mənim bütün səylərimi mübahisəyə çevirib. Mənə hədə-qorxu gəlib. Son dəfə isə cavabdeh bu ilin fevral ayında məni bərk döydü və bundan ürəyi soyumayaraq dostlarının yanında mənim qadınlıq ləyaqəyimi alçaldaraq zorla başımı qırxdı və məni otağa salaraq qapını üstümə bağladı. Cavabdeh və onun valideynləri mənim huşumu itirməyimi görüb öldüyümü zənn etdilər".
 
Xatırladaq ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.
 
Nazim Babayev
BAKU.WS