SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovun növbəti qələbəsi böyük marağa səbəb olub. 

BAKU.WS-in məlumatına görə, həmyerlimizin Belçikadan olan idmançı Fred Sinistraya qalib gəldiyi döyüşün görüntüləri sosial şəbəkələrdə izlənmə rekordları qırır. Türkiyənin İstanbul şəhərində baş tutan görüşdə Zabit Səmədov 2-ci raundda rəqibinə qalib gəlib. 

Zabit Səmədov döyüşdən sonra bunları bildirib: "Rəqibimi tanıyırdım. Mənimlə iki ildir ki, döyüş keçirməyə çalışır. Ancaq mən bilirdim ki, ilk raunddan sonra döyüşün taleyini həll edəcəm".
 
Qeyd edək ki, döyüşü televiziya ekranlarından izləyə bilməyən minlərlə idmansevər BAKU.WS-in canlı yayımı vasitəsi ilə Zabitə dəstək olub. 
 
İstanbula Zabit Səmədova dəstəyə gələnlər arasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev də olub.
 

Şahin Həbibov
BAKU.WS