VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti qələbəsini qazanıb. 

 


BAKU.WS-in məlumatına görə, həmyerlimiz Belçikadan olan idmançı Fred Sinistraya qalib gəlib. Döyüş Türkiyənin İstanbul şəhərində baş tutub. Zabit Səmədov 2-ci raundda rəqibinə sərt zərbələr vuraraq döyüşdən qalib ayrılıb. 
 
Zabit Səmədov döyüşdən sonra bunları bildirib: "Rəqibimi tanıyırdım. Mənimlə iki ildir ki, döyüş keçirməyə çalışır. Ancaq mən bilirdim ki, ilk raunddan sonra döyüşün taleyini həll edəcəm".
 
Qeyd edək ki, bu döyüşdən bir neçə gün əvvəl Fred Sinstra İslamı qəbul edərək müsəlman olub. O, müsəlman kimi İstanbula gələrək yarışa qatılıb. Frederik Sinistra bundan sonra Muhammed Malik Sinistra adı ilə fəaliyyət göstərəcək. 

BAKU.WS