» » Psixoloq Dəyanət Rzayevin intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO


13-05-2017 | 17:05

  • 21288

Psixoloq Dəyanət Rzayevin intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATLARI - VİDEO

 
Mərhum psixoloqun anası göz yaşlarına boğularaq oğlundan danışdı.

Milli.Az bildirir ki, ARB TV-nin "Yolun sonu" verilişində bu dəfə intihar etmiş mərhum psixoloq Dəyanət Rzayevin həyat hekayəsindən bəhs edilib.

Proqramda mərhumun ailəsi ilə yanaşı, iş yoldaşları da onun barəsində danışıblar.

Şərqiyyə Rzayeva - Anası: "3-cü bacısı anadan olanda həmişə deyirdi ki, mən istəyirdim qardaşım olsun. Elə oldu ki, bu qız oldu. Küsmüşdü, incimişdi bizdən. Xəstəxanaya gələndə, bacısını göstərib dedim ki, Dəyanət bax, baxanda o qədər xoşuna gəldi ki. 18 nömrəli məktəbə gedirdi. Özü 1-ci sinifdə, bacısı isə 2-ci sinifdə oxuyurdu. Bir də gördük ki, Dəyanət qaça-qaça tək gəldi. Atası dedi ki, bacın hanı? Dedi ki, mən tez çıxmışam, görmədim. Dedi ki, bəs necə gəldin sən? Əmisinin həyətdə iti var idi. Dəyanət balaca boyu ilə, gedirdi restorandan ət gətirirdi. Ölüm mənə yaraşardı, ona yox. Mən yaşlı idim, o, cavan. Bu, düz deyil. Deyirdi ki, ana yox, mən cavan gedəcəm. Deyirdi ki, mən bir də evlənsəm, necə baxarsan? Deyirdim ki, normal. Həyatda hər şey ola bilər. Sonunca dəfə üzük üçün gələndə görüşdük. Dedi ki, ana sənə pul lazım deyil? Hər gözümün qabağına gələndə ürəyim az qalır partlasın. Gözləri bağlı, ağzı bağlı".

Mehriban Rzayeva - Bacısı: "Eyni mahnılara qulaq asırdıq. Elə bir şeylər var idi ki, eyni idi bizlər. Halım olmayan da gəlib, qabağımda oynayırdı. Çox şıltaqlıqları var idi. Çox istəyirdi məni, yaxın idik. Həyatda insanlara baxışım dəyişib. Böyük bir boşluq var. Heç nə zamanla düzələn deyil. Çantasında yem var idi pişiklər üçün. Mənə deyirdi ki, maşını saxla pişik gördüm. Ona gedib yem verirdi. İşinə gəlmişdim. Həmişəki kimi liftə qədər ötürüb, öpüb qucaqladı. Son vaxtlar məni daha çox sıxıb, qucaqlayır, öpürdü. Nişanlı idi, istədiyi var idi. Toyu olmalı idi, bu yaxınlarda. 5 gün telefonlara cavab vermirdi. Söndürmüşdü telefonları. Anamla getdik evinə. Açmırdı qapını heç kimə. Axırıncı dəqiqələr də, biz qapını açanda hiss elədim ki, biz onu belə tapacağıq".

Elmir Əkbər - Psixoloq: "10 il bundan qabaq İçərişəhərdə, Qız qalasının yaxınlığında çox yığcam, sadə, bir otaqlı yerdə başlamışdıq fəaliyyətə. Kaş, yenə elə şərait olardı, amma bunlar olmazdı. Sonralar mənə Dəyanətlə vaxt keçirmək çətin gəlirdi. Çünki mən də görürdüm, bu özü də görürdü ki, bu insan bundan sui-istifadə edir. Bunu qəbul etmək çox çətin gəlirdi. Onun mərhəmətindən istifadə edirdilər. Onun ətrafında olan insanların böyük bir qismi yırtıcı təbiətli insanlar idi. Dəyanət özünə pul xərcləmirdi. Dəyanət sevdiyi insanlar, canlılar üçün yaşayırdı. Dəyanət müqəddəs yazılardakı kəlamları deviz kimi götürmüşdü ki, siz himayə götürdüklərinizin qarşısında borclusunuz. O, bilirdi ki, hansı küçənin, hansı tinində kimsəsiz yaşlı qadınlar, kişilər yaşayır, kimin harada, nə problemi var. Evlərə qapı-qapı döyürdü, kimin nə canlısı var idisə, onun yeməyini verirdi. Onun xətrini çox istəyən insanlar onla yavaş-yavaş az-az danışırdı. Özünü əlçatan eləmişdi. Dəyanəti istədikləri an tapa bilərdilər, yalvara bilərdilər. Birdən deyirdi ki, bilirəm yalandan edir, amma nə edim, adam özünü aşağılayır. Çox adamlar onun əlinin altından gəlib-keçmişdilər. Onlar bunu bağışlaya bilmirdilər ki, Dəyanət bilir ki, onlar əslində kimdilər. O qeyri-peşəkarlar, dələduzlar, yırtıcı ruhlu insanlar onlar hamısı onun sənətinin, peşəsinin, insaniyyətinin qabağında baş əymiş insanlar idi".
 
BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Мая
21 Мая
Top XəbərlərЛучшее на сайте
Bakıda özünü binadan atan qadının şəkilləri ortaya çıxdı (FOTO) Bakıda özünü binadan atan qadının şəkilləri ortaya çıxdı (FOTO) Əsas Xəbər / Hadisə / Video Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harda, necə, neçəyə? Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harda, necə, neçəyə? Hadisə Binadan özünü atan qadının ölümündən öncəki ŞOK sözləri: Binadan özünü atan qadının ölümündən öncəki ŞOK sözləri: "Başımı qırxdı və..." (VİDEO) Əsas Xəbər / Hadisə / Video Rəqsanə alt paltarsız FOTOSESİYA etdirdi (VİDEO) Rəqsanə alt paltarsız FOTOSESİYA etdirdi (VİDEO) Həyat tərzi İntihar edən Susana və ərinin ailə FOTOLARı yayıldı İntihar edən Susana və ərinin ailə FOTOLARı yayıldı Əsas Xəbər / Hadisə Bakı-Ankara reysi bu xanıma görə təxirə salındı - FOTO Bakı-Ankara reysi bu xanıma görə təxirə salındı - FOTO Əsas Xəbər / Hadisə Susananın başını qırxıb alçaldan və ölüm həddinə çatdıran ər şairənin oğlu çıxdı (FOTO) Susananın başını qırxıb alçaldan və ölüm həddinə çatdıran ər şairənin oğlu çıxdı (FOTO) Hadisə Qoca oliqarxdan azərbaycanlı aktrisaya BİABIRÇI TƏKLİF: Qoca oliqarxdan azərbaycanlı aktrisaya BİABIRÇI TƏKLİF: "Sevgilim ol, sənə "Porşe" alım" Həyat tərzi Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı Azərbaycandan imtina edən atlet Bakıda 2 qızıl medal qazandı İdman İcra Hakimiyyətindən konsertdə çıxış edən cinsi azlıq nümayəndəsi müğənni ilə bağlı AÇIQLAMA (VİDEO) İcra Hakimiyyətindən konsertdə çıxış edən cinsi azlıq nümayəndəsi müğənni ilə bağlı AÇIQLAMA (VİDEO) Həyat tərzi Bakıda maşının evakuatorun üzərində radara düşməsi xəbərinə RƏSMİ AÇIQLAMA - FOTO Bakıda maşının evakuatorun üzərində radara düşməsi xəbərinə RƏSMİ AÇIQLAMA - FOTO Hadisə Azərbaycanlı model:“Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər Azərbaycanlı model:“Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər" Həyat tərzi Rafael Ağayev: Rafael Ağayev: " Oğlumun "Yuventus"da oynaması üçün əlimdən gələni edəcəm (VİDEO) İdman Şəbnəmin bir kişi ilə paylaşdığı foto hamını çaşdırdı : Üzünü gizlətdiyi əri... Şəbnəmin bir kişi ilə paylaşdığı foto hamını çaşdırdı : Üzünü gizlətdiyi əri... Həyat tərzi Sizə gizli zəng gəlir? - Cəmi 30 saniyəyə gizli nömrəni açmaq üsulu Sizə gizli zəng gəlir? - Cəmi 30 saniyəyə gizli nömrəni açmaq üsulu Sosial Azərbaycandan “Greencard”ı kimlər uddu? – SİYAHI Azərbaycandan “Greencard”ı kimlər uddu? – SİYAHI Sosial Prezidentin bacısı oğlu 180 kq ağırlığı 10 dəfə qaldırdı - VİDEO Prezidentin bacısı oğlu 180 kq ağırlığı 10 dəfə qaldırdı - VİDEO İdman / Video Xalq artistinin nəvəsinin doğuş videosu yayıldı (VİDEO) Xalq artistinin nəvəsinin doğuş videosu yayıldı (VİDEO) Həyat tərzi / Video Bakıda DYP maşını dəhşətli qəzaya düşdü (VİDEO) Bakıda DYP maşını dəhşətli qəzaya düşdü (VİDEO) Əsas Xəbər / Hadisə Susananın intiharının TƏFƏRRÜATLARI Susananın intiharının TƏFƏRRÜATLARI "Bacısıyla masajçının intim münasibəti..." Hadisə
Son əlavəПоследние публикации
Səyahət üçün ən ucuz 9 ölkə - VİDEO
22 may 2017

Səyahət üçün ən ucuz 9 ölkə - VİDEO

254 Həyat tərzi / Video