VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 77,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,8 faizi qadınlardır.
 
BAKU.WS məlumat verir ki, ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin 45,9 faizi, orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin 67,4 faizi, ali təhsil müəssisələrində isə tələbələrin 48,5 faizi qızların payına düşür.
 
Elmin inkişafında qadınların rolu sözsüz danılmazdır. Buna görə elmi işçilərin 53,5 faizini məhz qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayi 2,3 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 14-ü, akademiklərdən 5-i qadındır. 
 
Dövlət qulluğunda çalışanlar arasında da qadınların sayı nəzərə çarpandır. Beləki dövlət qulluğunda çalışan qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
 
Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil edirdi.
 
BAKU.WS