SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda təmir gedən yolda qəribə hadisə baş verib.
 
BAKU.WS xəbər verir ki, sürücülərdən biri Azəravtoyolun işini ləngidib. Belə ki, sürücü asfaltın təmir edildiyini görsə də həmin yolla hərəkət etmək istəyib. Lakin sürücüyə yolda təmir getdiyini və hərəktə icazə verilmədiyini bildiriblər. O, isə qadağaya etiraz edib və avtomobilini qreyderin təkərinin altında saxlayaraq ərazini tərk edib. 
 
Bu barədə Azəravtoyol Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli şəxsi facebook səhifəsində bildirib.
 
"Binəqədi-Novxanı yolu təmir olunur, buna görə təmir gedən ərazidə yol bağlıdır. Bir sürücü gəlib ki, bəs mən bu yolu keçməliyəm. Buna başa salmağa çalışıblar ki, olmaz asfalt vurulur. Sürücü də gözünə döndüyüm acığa maşınını verib saxlayıb düz qreyderin təkərinin altında özü də çıxıb gedib.İndi qreyderi çıxara bilmirik".
 
BAKU.WS