SİZİN REKLAM BURADA!
055 213 76 73



"Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir.  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” yaradılıb”.


BAKU.WS
-in məlumatına görə, Azərbaycanın iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Şahin Mustafayev onu da vurğulayıb ki, icazələrin elektron informasiya portalı icazə xarakterli sənədlərə və onların alınması prosedurlarına, təqdim edilməli sənədlərə, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
 Sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət və xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilmiş, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artıb. Qarşıdakı illərdə dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi zamanı subyektivliyin minimuma endirilməsi, bu zaman İKT vasitələrindən və "ASAN xidmət”in imkanlarından istifadə edilməsi, tikinti, idxal-ixrac, kommunal xidmətlərə qoşulma, daşınmaz əmlak və torpaq üzrə əməliyyatların səmərəli, şəffaf və operativ şəkildə aparılması, ixracın təşviqi və tranzit potensialının reallaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər davam etdiriləcək”, - deyə Şahin Mustafayev bildirib.

Ziya Səccad

BAKU.WS