VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Statistika İdarəsinin qarşısında yerləşən parkda bu gün səhərdən söküntü işləri başlayıb.  

BAKU.WS-in xəbər verir ki, bağlanan parkda hazırda tametlərin və səki daşlarının sökülməsi prosesi gedir. Onu da qeyd edək sözügedən parkda Mikayıl Müşfiqin büstü də yerləşir. Düz parkın qarşısında piyada keçidinin yerləşməsi isə təmir sonra başağrısına çevrilib. Belə ki, yolun əks tərəfinə keçən piyadalar qarşılarında mane görərək əks tərəfə keçmək üçün yol qırağı ilə getməyə məcbur olurlar. Parkın əks tərəfinə keçmək üçün pilləkənlər bağlı olduğundan onlar avtomobillər hərəkət edən yolla parkın başına dövrə vuraraq əks tərəfə keçirlər. Bu isə piyadaların həyatı üçün çox təhlükəlidir.  

"Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin məlumatına görə, hazırda parkda həyata keşirilən söküntü işləri "Sovetski” kimi tanınan ərazinin yenilənməsi ilə bağlıdır. Anar Nəcəfli Mikayıl Müşfiqin büstünün əvvəlki yerində qalacağını da bildirib. O, bildirib ki, gələcəkdə Statistika dairəsinin genişləndirilməsi zamanı isə bu ərazidən istifadə ediləcək. Həmin vaxt isə büstün yerinin dəyişdiriləcəyi nəzərdə tutulub.  

Arzu Mirzəyeva
BAKU.WS