SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bir neçə həftə əvvəl Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin qətnaməsinə əsasən Unibankın Antikollektorun müdafiə etdiyi vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdim. Həmin qərar arzuladığımız kimi presedentə çevrilir. Belə ki, analoji qətnaməni Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Unibank-dan sonra artıq ikinci bir bank da borcluya 2000 manat ödəməli olacaq".
 
BAKU.WS-in məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat vermiş və bununla da bank sirrini pozmuşdur: 
 
"Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi sarıntı və iztirab keçirib. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir". 
 
Mütəxəssis banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağırıb. 
 
 
Şahin Həbibov
BAKU.WS